Qəzza zolağında Trampın sülh planında nəzərdə tutulan gələcək beynəlxalq sabitləşdirmə qüvvələrinə komandanlıq etmə amerikalı generala həvalə oluna bilər.
"Yeni Sabah" axios-a istinadla xəbər verir ki, mənbənin məlumatına görə, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Vals İsrailə ilk rəsmi səfəri zamanı Benyamin Netanyahuya generalı şəxsən tanıdığını deyib.
Onun sölərinə görə, həmin hərbçi “çox ciddi insandır”.
Vals İsrailin Baş nazirini əmin edib ki, amerikalı komandirin təyin edilməsi gələcək sülh prosesi zamanı yəhudi dövlətinin maraqlarını qoruyacaq.
ABŞ hazırda stabilləşdirici qüvvələrin yaradılmasının son mərhələsindədir. Bununla belə, ABŞ ordusu Qəzzada təhlükəsizliyin təmin edilməsində birbaşa iştirak etməyəcək.
Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır. Onların arasında Azərbaycan, Misir, İndoneziya və Türkiyədən olan nümayəndələr, həmçinin Fələstin polis bölmələri ola bilər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, hələlik missiyada iştirakla bağlı yekun qərar yoxdur.
Telegram kanalımız