AZ

Bu xanımların həyat yoldaşlarına maaşlı məzuniyyət veriləcək

Azərbaycanda hamilə qadınların həyat yoldaşlarına ödənişli məzuniyyətin verilməsi ilə bağlı məsələ bir müddətdir ki, cəmiyyətdə geniş müzakirə olunur. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, hamilə qadınların məzuniyyət hüququ Əmək Məcəlləsinin 125, 128 və 130-cu maddələri ilə tənzimlənir. Bu maddələrə əsasən, qadınlara hamiləlik və doğuşla bağlı müəyyən müddət ərzində ödənişli məzuniyyət verilir. Son zamanlar oxşar ödənişli məzuniyyətin kişilər üçün də tətbiqi ilə bağlı müzakirələr aparılır.

Bəs bu, mümkündürmü?

Məsələ ilə bağlı NOCOMENT.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda Əmək Məcəlləsinə əsasən, həyat yoldaşı hamilə olan kişilərə yalnız ödənişsiz məzuniyyət hüququ verilir:

“Lakin bu hüququn ödənişli formada da tətbiqi ilə bağlı nazirlik tərəfindən təşəbbüs irəli sürülüb. Əgər bu təşəbbüs qəbul olunarsa, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə dəyişiklik edilərək, kişilərə — yəni həyat yoldaşı hamilə olan şəxslərə də ödənişli məzuniyyət hüququ verilə bilər. Bu yanaşma beynəlxalq konvensiyaların tələblərinə də uyğundur”.

“Əslində, Əmək Məcəlləsində kişilər üçün qismən ödənişli məzuniyyət nəzərdə tutulsa da, bunun tam şəkildə hüquqi əsas kimi tanınması daha ədalətli olardı.

Ümid edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qanunvericilik təşəbbüsü qəbul ediləcək. Beləliklə, kişilər də ödənişli məzuniyyət hüququ əldə edəcəklər”, – sosioloq vurğulayıb.

Seçilən
64
nocomment.az

1Mənbələr