AZ

İqtisadçı: Əmək Məcəlləsində edilən dəyişikliklər maddi və sosial baxımdan önəmlidir

Bakı,11 dekabr, AZƏRTAC

Əmək Məcəlləsində edilən dəyişikliklər daha çox məzuniyyət məsələsi ilə əlaqədardır. Bu baxımdan məzuniyyətlə bağlı vətəndaş üçün müsbət məqamlar var.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, uşaqları dünyaya gələn ailədə kişilərə 14 günlük ödənişli məzuniyyətin verilməsi həm maddi və sosial baxımdan önəmli olmaqla yanaşı, ailə dəyərlərinin sosial bağlarının güclədirilməsinə xidmət edir.

 

  

“Eyni zamanda, Vətən müharibəsində iştirak etmiş müəyyən kateqoriyadan olan şəxslərə və Vətən müharibəsi qəhrəmanlarına 44 günlük əmək məzuniyyətinin verilməsi bu şəxslərə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Təklif edilən yeni dəyişikliklərə əsasən, iş yerinin və orta əmək haqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Belə ki, həmin müddət ərzində orta əməkhaqqı daha yüksək olduğu halda, ödəniş həmin məbləğlə təmin ediləcək. Məbləğin az olduğu halda isə, hesablamalar sonuncu iş gününə aid əməkhaqqı əsas götürülməklə aparılacaq”, - deyə ekspert əlavə edib.

Seçilən
73
azertag.az

1Mənbələr