Bakı. Trend:
İdris Əliyevin başçılıq etdiyi Xınalıq arxeoloji ekspedisiyasıQuba rayonu ərazisində antik-ilk orta əsrlərə aid, həmçininBərgüşanə adlı tunc dövrünə aid abidədə kəşfiyyat xarakterliqazıntı işləri aparıb.
Trend xəbərverir ki, bu barədə məlumat Arxeologiya və Antropologiyaİnstitutunun hesabatında qeyd olunub.
Hesabata görə, əsas tapıntılar; xilafət puları, müxtəlifmuncuqlar, gümüş və tunc bilərzik, tunc sırğa üzük-möhür, tuncgüzgü (Çin istehsalı, Tan sülaləsinin dövrünə aid). Bütövlükləkompleks 8-9 əsrlərə aid edilir. Tunc güzgü Azərbaycanda vəQafqazda ilk tapıntıdır. Digər sahədə, başqa bir qəbirdən dəmirdəbilqə, nizə ucluğu, gümüş löhvələr aşkar edilib ki, ilkin rəylərəgörə dəbilqə VI-VII əsrə aid edilə bilər.