AZ

Prezident təsdiqlədi: onların maaşı artırılacaq

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən maaşlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Axar.az xəbər verir ki, bununla bağlı müddəa bu gün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya"da yer alır.

Konsepsiya beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflərin hazırlanmasını da nəzərdə tutur.

Bu məqsədlə məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi, məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması görüləcək tədbirlər sırasındadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
11
axar.az

10Mənbələr