AZ

ABŞ nin NATO ilə məsafəsi və Avropanın təhlükəsizliyinə qarant olmaması Almaniyanı güc lənməyə sövq edir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bloomberg" agentliyinin məlumatına görə, gələn həftə Almaniya qanunvericiləri ümumi dəyəri 52 milyard avro olan 29 hərbi müqaviləni təsdiqləməyi planlaşdırırlar. Bu, hökumətin Bundesveri Avropanın ən güclü silahlı qüvvəsinə çevirmək strategiyasında görünməmiş bir addımdır.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna savaşı başlanandan sonra Almaniya öz hərbi potensialını artırmaq üçün ardıcıl addımlar atmaqdadır: “Hələ 2022-ci ilin mart ayında Şolts hökuməti Almaniyanın hərbi büdcəsinin 100 milyard avroya qədər yüksəldilməsi ilə bağlı prinsipial razılaşma əldə edərək belə bir qərar qəbul etdi. Bu, faktiki olaraq Almaniyanın İkinci Dünya savaşından sonra ordunun gücləndirilməsi istiqamətində atdığı ən böyük addım hesab olundu. Bunun ardınca artıq Almaniya hərbi büdcəsini zaman-zaman artırmaq və son olaraq artıq Avropada yenidən ən böyük silahlı gücə sahib olmaq istiqamətində addımlar atır.

Birinci Dünya müharibəsindən sonra məğlub olmuş Almaniya özünün hərbi qüvvələrini və hərbi potensialını ciddi şəkildə azaltdı və bununla bağlı öhdəlik götürdü. Almaniyanın təhlükəsizliklə bağlı təminatı Amerika Birləşmiş Ştatları tərəfindən və NATO tərəfindən həyata keçirilirdi. Hazırkı şəraitdə həm Rusiyanın Ukraynaya təcavüzü və Avropada yaranan yeni təhlükəsizlik təhdidləri, eyni zamanda dünyada baş verən ciddi qlobal hadisələr, o cümlədən NATO-nun özünün daxilində müəyyən həssas durumun yaranması və Amerika Birləşmiş Ştatlarının faktiki olaraq NATO-dan məsafələnməsi və Avropanın təhlükəsizliyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdləri, Avropaya qarşı sərt mövqe bir çox Avropa ölkələri kimi Almaniyanı da özünün müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atmağa məcbur edir”.

Oqtay Qasımov

“Avropa hazırda kifayət qədər həssas bir durumdadır. Son 80 ildə savaş görməmiş və komfort həyata alışmış bir cəmiyyət indi faktiki olaraq real təhdidlərlə üz-üzədir. Bu baxımdan Almaniya artıq həm ordunun komplektləşdirilməsi, eyni zamanda bəzi Avropa ölkələrində olduğu kimi çağırış sisteminə keçid, bundan başqa ordunun potensialının ciddi şəkildə gücləndirilməsi üçün yenidən 52 milyard avronun ayrılması məsələləri də, məhz bu hərbi perspektivə hesablanıb.

Almaniyanın müdafiə naziri Petros bir neçə dəfə bəyan edib ki, 28-30-cu illər arasında Rusiya və Almaniya arasında gərginlik, həmçinin hərbi münaqişə ehtimalı var. Bu, yalnız Almaniya aid deyil, o cümlədən Avropanın digər ölkələrinə də aid bir məsələ kimi bunu diqqətə çatdırıb. Bu baxımdan, Almaniya ən azı hazırkı dövrdə özünün iqtisadi gücünün bir hissəsini hərbi potensialının güclənməsinə sərf etmək istiqamətində addımlar atmaqdadır”-deyən politoloq qeyd edib ki, verilən qərarlar da bu aspektdən dəyərləndirilməlidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr