AZ

Trampın yeni hərbi zona planı: Bu bölgəyə qoşun yerləşdirəcək

ABŞ hökuməti Kaliforniyada ABŞ-Meksika sərhədində yeni hərbi zona yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, sözügedən bölgədə təxminən 760 akr (307 hektar) dövlət torpaq sahəsi davam edən sərhəd təhlükəsizliyi əməliyyatlarını dəstəkləmək üçün 3 il ərzində Hərbi Dəniz Qüvvələrinə veriləcək.

Həmçinin Kaliforniya-Arizona ştat sərhədinin qanunsuz keçidlərin ən çox olduğu ərazilərdən biri olduğu və təhlükəsizlik problemləri yaratdığı qeyd edilib.

Seçilən
30
publika.az

1Mənbələr