AZ

Belçika Aİ-dən təcrid edilə bilər

BAKI, 11 dekabr. TELEQRAF

Belçika Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın xeyrinə müsadirəsinə razılıq verməsə, Avropa İttifaqında Macarıstan kimi təcrid oluna bilər.

Teleqraf bu barədə “Politico”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu həftə Aİ nümayəndələri Avropa Komissiyasının Rusiyanın aktivlərinin müsadirəsinə dair təklifini müzakirə etmək üçün üç görüş keçirəcəklər. Təklifə qarşı çıxan əsas ölkə aktivlərin böyük hissəsinin saxlandığı Belçikadır. Sxemi dəstəkləyən ölkələr onun dekabrın 18-də keçiriləcək Aİ sammitində təsdiqlənməsini istəyirlər.

Avropalı diplomatların fikrincə, əgər Belçika tərəfindən təkliflərin bloklanmasına dair mövqe davam etdirilərsə, ölkənin nümayəndələrinin Avropa İttifaqı tədbirlərində təsir imkanları azalacaq. Hətta Belçika siyasətçilərinin rəsmi zənglərinə cavab verilməməsi də ehtimal olunur.

Politico qeyd edir ki, bu, avrointeqrasiyanın mərkəzində dayanan Belçika üçün ciddi diplomatik təcrid ola bilər. Mənbələr isə bildirirlər ki, “çətin dövrlər çətin addımlar tələb edir”.

Seçilən
42
teleqraf.com

1Mənbələr