Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakiyev və digər rəsmi şəxslər qarşılayıblar.