AZ

Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin ideya müəllifliyi ilə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutu – 60” tanıtma kitabı çapdan çıxıb. İnstitutun 60 illik yubileyinə həsr olunmuş kitabın tərtibçi-müəllifləri kimya elmləri doktoru, professor Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Mehparə Səfərovadır.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova məlumat verib. K.Məmmədova bildirib ki, kitab Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin “Baş redaktordan” adlı ön sözü ilə başlayır.

Kitabda Aşqarlar Kimyası İnstitutunun keçdiyi 60 illik şərəfli yola bir daha işıq salınır, onun ayr-ayrı dövrlər üzrə inkişaf tarixi, strukturu, elmi fəaliyyət istiqamətləri, əldə olunan fundamental, tətbiqi elmi nailiyətləri, alim və mütəxəssisləri, beynəlxalq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı, elm və təhsilin inteqrasiyası istiqamətində görülmüş işlər haqqında zəruri məlumatlar ümumiləşdirilərək təqdim olunur. Kitab universitet və elmi-tədqiqat institutlarında uyğun sahələrdə elmi fəaliyyətlə məşğul olan alim və mütəxəssislər üçün etibarlı mənbə kimi nəzərdə tutulub.

Nəşrdə institutun fəaliyyətini vizual şəkildə təqdim edən fotoşəkillər və təsviri məlumatlar da əks olunub.

Seçilən
35
azertag.az

1Mənbələr