AZ

Çindən Tacikistan və Əfqanıstan sərhədində nəzarəti gücləndirmək tələb olunub » AzadMedia.az


Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Çin nümayəndəsi Fu Kunq Tacikistan-Əfqanıstan sərhədində vəziyyətin gərginləşməsi məsələsini qaldırıb və nəticədə 10 Çin vətəndaşı yaralanıb.

Afghanistan International-ın məlumatına görə, çıxışında Çin diplomatı Əfqanıstan ərazisinə hücumlar zamanı Çin vətəndaşlarının öldürülməsini pisləyib. O, "Taliban" hökumətinə bu faktlarla bağlı ciddi araşdırma aparmağın vacibliyini bildirib.

Fu Kunq Tacikistan-Əfqanıstan sərhədində nəzarəti gücləndirməyə çağırıb. Diplomat qeyd edib ki, Pekin region ölkələri ilə koordinasiya və təhlükəsizlik mexanizmlərini gücləndirmək üçün əməkdaşlığa hazırdır.

Xatırladırıq ki, 26 və 30 noyabr tarixlərində Əfqanıstan tərəfindən silahlı hücum nəticəsində 5 Çin işçisi həlak olub, 5 nəfər yaralanıb.
Seçilən
46
1
azadmedia.az

2Mənbələr