ain.az bildirir, Axsham.az portalına istinadən.
Britaniyalı yazıçı Sofi Kinsella vəfat edib.
Axşam.az xəbər verir ki, yazar 55 yaşında ailəsinin əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, Sofi ən çox 2000-ci ildə nəşr olunmuş “Alış-veriş həvəskarının gizli xəyal dünyası” romanı ilə tanınıb. Bu əsər 2009-cu ildə eyni adlı filmə də çevrilib.
Yazar 2022-ci ildə hüceyrə glioblastoma adlanan “aqressiv” beyin xərçəngi növünə tutulduğunu açıqlayıb və uzun müddət bu xəstəliklə mübarizə aparıb.
Sofi 30-dan çox kitabın müəllifidir. Əsərləri dünya üzrə milyonlarla nüsxə satıb və çoxsaylı dillərə tərcümə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.