AZ

Olesya Aksyonova: Özümü Azərbaycan mədəniyyətinin bir parçası hiss edirəm

Bakı, 11 dekabr, Günel Alıyeva, AZƏRTAC

Əslən yarı rus, yarı tatar olsam da, özümü Azərbaycan mədəniyyətinin bir parçası hiss edirəm. Azərbaycan adət-ənənələrinə, dilinə və musiqisinə səmimi qəlbdən heyranam. Azərbaycan yaradıcılıq prosesinin bir parçası olmaq mənim üçün böyük sevincdir.

Bu barədə “Günay” Uşaq Teatrının üzvü Olesya Aksyonova AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.

“Biz Azərbaycan mədəniyyətini qoruyub saxlamaq üçün onu bilməliyik. Mədəniyyəti qoruduğumuz zaman bununla da gələcəyimizi qoruyur və qururuq”, - deyə o qeyd edib.

Müsahibimiz vurğulayıb ki, baş rollardan birini canlandırdığı “Arşın mal alan” tamaşasında iştirak etmək onun üçün xüsusi bir məsuliyyət və şərəfdir: “Mənim üçün bu, Azərbaycan incəsənətinin klassiklərinə toxunmaq, onu daxildən hiss etmək və digər uşaqlarla birlikdə onun əhvali-ruhiyyəsini, yumorunu və gözəlliyini tamaşaçılara çatdırmaq üçün bir fürsətdir”.

Seçilən
68
azertag.az

1Mənbələr