Kambocada doqquz Tayland əsgəri həlak olub
Ajans.az Sinxua agentliyinə istinadən xəbər verir, qarşıdurmalar nəticəsində həlak olan əsgərlərin sayı doqquza yüksəlib, daha 120 hərbi qulluqçu yaralanıb. Münaqişə zonasında vəziyyət ağır olaraq qalır. Nazirlik bildirir ki, döyüşlər səbəbindən təxminən 200 min Tayland vətəndaşı evlərini tərk etməyə məcbur olub. Həmçinin üç qaçqının öldüyü, sakinlərin yerləşdirilməsi üçün 849 müvəqqəti sığınacaq mərkəzinin yaradıldığı qeyd edilir. Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində bölgədəki təxminən 200 xəstəxana və klinika ziyan görüb. 