AZ

Rəhim Həsənovun hakimləri 14-cü turda nə ilə yadda qaldılar? - STATİSTİKA

Misli Premyer Liqasında 14 tur geridə qalıb. Keçirilən 82 oyunda ("Sabah" - "Qarabağ" və "Qəbələ" - "Turan Tovuz" görüşləri təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Cavid Cəlilov, Rəvan Həmzəzadə, Rauf Cabarov və İnqilab Məmmədov oyun idarə edib. Beləliklə, bir turluq aradan sonra yenidən hakimlər arasında üçhakimiyyətlik yaranıb. Fərid Hacıyevin bu turda "istirahət" etməsi 8-ci təyinatını alan Əliyar Ağayev ilə Cavid Cəlilovu onları şərikli lider edib. Beləliklə, 14 turda 3 hakim 8 təyinat alıbb.

Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənovun 14-cü turda güvəndiyi Cabarovla Həmzəzadə cari mövsümdə yeddinci dəfə iş başında olublar. Beləliklə, oyun sayına görə yeddi dəfə baş hakim olanların sayı dördə çatıb. On dörd turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.

On dördüncü turda hakimlər cəmi 20 vərəqədən istifadə ediblər ki, bunun hamısının rəngi sarı olub. Hakimlər 20 vərəqədən 7-ni meydan sahiblərinin, 13-ni qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 14 turun yekununda bu rəqəmlər müvafiq olaraq "320" və "10" olub. Nəticədə ümumi vərəqə sayı 330-a çatıb. Bu da hər oyuna orta hesabla 4,02 vərəqə deməkdir. 

On dörd tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 44 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 32 vərəqədən yararlanan Tural Qurbanov təqib edir. 

Əliyar Ağayev - 8 oyun

meydan sahibi    18 sarı   3 qırmızı
qonaqlar              22         1
cəmi:                   40         4

Fərid Hacıyev - 8 oyun

meydan sahibi   20   1 
qonaqlar             9    0
cəmi:                  29   1

Cavid Cəlilov - 8 oyun

meydan sahibi    12      0
qonaqlar             17    0
cəmi:                   29    0

Tural Qurbanov - 7 oyun

meydan sahibi 14    1
qonaqlar    17    0
cəmi:    31    1

Elçin Məsiyev - 7 oyun

meydan sahibi    14    0
qonaqlar             15    0
cəmi:                   29   0

Rəvan Həmzəzadə - 7 oyun

meydan sahibi    12    0
qonaqlar    15    0
cəmi:    27    0

Rauf Cabarov -  7 oyun

meydan sahibi    11    0
qonaqlar    11   1
cəmi    22    1

Rəşad Əhmədov - 6 oyun

meydan sahibi    11    0
qonaqlar    19    0
cəmi:   30    0

Kamal Umudlu - 6 oyun

meydan sahibi    14    3
qonaqlar    13    0
cəmi:    27   3

İnqilab Məmmədov -  5 oyun

meydan sahibi  8   0
qonaqlar    13    0
cəmi:    21    0

Kamranbəy Rəhimov - 5 oyun

meydan sahibi  6    0
qonaqlar    10    0
cəmi:   16    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0
qonaqlar    4    0
cəmi:    13    0

Əli Əliyev - 3 oyun

meydan sahibi  5    0
qonaqlar    6    0
cəmi:   11    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    6    0
cəmi:    10    0

Mirağa
 

Seçilən
46
fanat.az

1Mənbələr