AZ

Qaynadılmış qarğıdalının hansı faydaları var?

Qaynadılmış qarğıdalı B qrupu vitaminləri, C və E vitamini, həmçinin maqnezium, kalium, dəmir və sink kimi minerallarla zəngindir.
 

Pravda.az bildirir ki, bu xüsusiyyətlər onu həm immunitet, həm də ümumi bədən sağlamlığı üçün dəyərli qida halına gətirir.


Yüksək lif tərkibi bağırsaq fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Qarğıdalının tərkibindəki lutein və zeaksantin kimi antioksidantlar isə göz sağlamlığını dəstəkləyir, görmə zəifliyinin qarşısını almaqda mühüm rol oynayır.


Mütəxəssislər bildirir ki, qarğıdalı ürək-damar sağlamlığı üçün də faydalıdır. Onun lif və antioksidant zənginliyi xolesterolun tənzimlənməsinə kömək edir və damar sağlamlığını qoruyur.


Qaynadılmış qarğıdalının toxluq hissi yaratdığı və çəkinin nəzarətdə saxlanmasında rol oynadığı vurğulanır. Tərkibindəki vitamin və minerallar sayəsində enerji verən bu qida, eyni zamanda qan şəkərinin balanslaşdırılmasına da müsbət təsir göstərə bilər.


Qarğıdalının faydalarından yararlanmaq üçün onu ölçülü şəkildə və balanslı qidalanmanın tərkibində istehlak etmək tövsiyə edilir.


Əminə Bayramova 

Tarix: 11 Dekabr 2025, 15:22   
Seçilən
33
pravda.az

1Mənbələr