ABŞ-də güclü yağışlar 100 min insanın təxliyyəsinə səbəb oldu
Ajans.az ABC-ə istinadən xəbər verir ki,dekabrın 10-da ştatın qubernatoru Bob Ferqyuson bölgədə fövqəladə vəziyyət elan edib və sakinləri mümkün təxliyələrə hazır olmağa çağırıb. Bundan əvvəl bildirilmişdi ki, Aydaho, Vaşinqton və Oreqon ştatlarının şimal-qərbində 9 milyondan çox sakin güclü yağışlar səbəbindən daşqın riski ilə üz-üzədir. Milli Hava Bürosunun məlumatına görə, region “atmosfer çayı” adlanan hava hadisəsi ilə qarşılaşır – tropik və subtropik bölgələrdən gələn nəhəng su buxarı kütlələri yüksək enliklərə doğru hərəkət edir və intensiv yağıntılar gətirir. Bazar ertəsindən bəri bəzi bölgələrdə yağıntının miqdarı 200 mm-ə çatıb, yaxın günlərdə isə əlavə 200 mm yağış gözlənilir. Müqayisə üçün, Vaşinqtonda dekabr ayı üzrə orta yağıntı norması 146 mm, Oreqonda isə 179 mm təşkil edir. Güclü yağışlar səbəbindən bəzi çaylarda su səviyyəsinin “böyük daşqın” həddinə çata biləcəyi, habelə torpaq sürüşmələri və sel riskinin artdığı bildirilib.