AZ

Bakıda bir neçə şagirdin saqqızdan sonra özünü pis hiss etməsi... AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bakıda bir neçə şagirdin saqqızdan sonra özünü pis hiss etməsi uşaqların təhlükəsiz qidalanmasının nə qədər vacib olduğunu bir daha göstərir”.Bunu Demokrat.az-a açıqlamasında pediatr Günay Rəsul deyib.Onun sözlərinə görə, uşaqlarda eyni vaxtda simptomların yaranması saqqızın tərkibində problem olmasına ciddi işarədir:“Bu, məhsulun vaxtının keçməsi, düzgün saxlanmaması və ya tərkibində uşaqlara uyğun olmayan kimyəvi maddələrin olması ilə bağlı ola bilər. Xüsusilə ucuz, rəngli və nəzarətsiz saqqızlar uşaqlarda başgicəllənmə, ürəkbulanma və qarın ağrısı kimi reaksiyalar verə bilir. Bu hadisə bizə göstərir ki, uşaqların qida seçimi təsadüfi ola bilməz. Məktəblilərin çoxu dərsə gedərkən yolüstü şirniyyat və saqqız alır, amma onların tərkibi çox vaxt təhlükəlidir. Uşaqların orqanizmi belə maddələrə daha həssas olduğu üçün kiçik dozalar belə sağlamlıq problemi yarada bilər. Ona görə də məktəb yaşlı uşaqların qidalanması daha diqqətli və təhlükəsiz olmalıdır”.Həkim qeyd edib ki, valideynlər burada əsas məsuliyyət daşıyır: “Uşaqlara tərkibi bilinməyən məhsulların ziyanını izah etmək, sağlam seçim etməyi öyrətmək və məktəbə çıxarkən yanlarında təhlükəsiz qəlyanaltı göndərmək vacibdir. Eyni zamanda, məktəb yaxınlığındakı mağazalarda uşaqlara satılan məhsullara ciddi nəzarət olunmalıdır. Bu kimi hadisələr uşaq sağlamlığının qorunmasının yalnız tibbi məsələ olmadığını, həm də gündəlik qida davranışından başladığını göstərir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr