AZ

Gürcüstanda etiraz aksiyaları keçirmək çətinləşəcək – SƏBƏB BUDUR

Gürcüstan parlamenti etiraz aksiyalarının keçirilmə qaydalarını sərtləşdirən qanun layihəsini yekun şəkildə qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə News Georgia məlumat yayıb.

Hakim “Gürcü Arzusu” Partiyası “Yığıncaq və nümayişlər haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlayıb. Yeni dəyişikliklər ictimai aksiyaların keçirilməsi qaydalarını daha da sərtləşdirir.

Yeni normalara əsasən, insanların sıx toplaşdığı və ya nəqliyyatın hərəkətdə olduğu ərazilərdə, o cümlədən səkilərdə aksiya keçirmək istəyən təşkilatçılar bu barədə Gürcüstan DİN-i ən azı 5 gün əvvəl məlumatlandırmalıdırlar. Polisə əvvəlcədən xəbər verilmədən “ictimai yerlərdə” aksiya keçirmək qadağandır.

Daxili İşlər Nazirliyi cavab olaraq “xəbərdarlıq” edə və ya tədbirin keçirilməsi üçün “alternativ vaxt və/yaxud yer” təklif edə bilər. Spontan (planlaşdırılmamış) aksiya keçirildiyi halda isə təşkilatçı dərhal polisə məlumat verməlidir. Əgər aksiya qanunu pozarsa, iştirakçılara ərazini tərk etmək üçün 15 dəqiqə vaxt verilir. Bu müddət bitdikdən sonra aksiya və ya nümayiş “qanunsuz” hesab olunur və hüquq-mühafizə orqanları tədbiri Gürcüstan qanunvericiliyi və beynəlxalq hüquqa uyğun şəkildə dayandıra bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr