
Qəzza zolağında atəşkəs elan edilməsinə baxmayaraq, İsrailin hücumları nəticəsində 4 nəfər həyatını itirib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, İsrail ordusunun hücumları nəticəsində son 24 saatda Qəzza zolağında 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Atəşkəs qüvvəyə mindikdən sonra ümumilikdə 1002 nəfər yaralanıb, ölənlərin sayı isə 383 olub.
Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-də hücumlara başladığından bu yana ölənlərin sayı 70 373 nəfərə, yaralananların sayı isə 171 079 nəfərə yüksəlib.
İlahə Qənbərli
Missiya.Az