AZ

Tovuzda 27 yaşlı qız qardaşına xəsarət yetirdi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Tovuz rayonunda 1998-ci il təvəllüdlü Gülbəniz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Namiqə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 20-də rayonun kəndlərindən birində baş verib. Gülbəniz həmin gün saat 20 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qardaşı Namiqə yumruqla üz nahiyəsinə bir dəfə zərbə vurub. Hadisəni törədən Gülbənizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Gülbəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 20-də, saat 20 radələrində atası Elxanın adaptırını qardaşı Namiq götürüb və geri qaytarmadığı üçün atası ilə arasında münaqişə yaranıb: “Qardaşım sərxoş vəziyyətdə atamın ünvanına nalayiq söyüşlər söydüyünə görə mən də münaqişəyə qarışdım və qardaşımdan söyüş söyməməsini tələb etdim. Lakin Namiq mənim də ünvanıma nalayiq söyüş söydü. Mən də deyilən söyüşləri qəbul edə bilməyərək onun sifətinə sağ əlim ilə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən Namiqin ağzı qanamağa başladı. Qardaşımı döydüyümə görə çox peşman olmuşam. Bir daha bu cür əmələ yol verməyəcəyimə söz vermişəm”.Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən bacısına qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
demokrat.az

1Mənbələr