Ekvadorun paytaxtı Kito şəhərində yerləşən ibtidai məktəbdə faciəvi hadisə baş verib.
Redaktor.az "Daily Star"a istinadla xəbər verir ki, sinif otağının üzərinə iri ağacın aşması nəticəsində 15 şagird müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə 5-ci sinifdə dərs zamanı baş verib. Yaşı 10-11 olan məktəblilər dərsdə olduqları vaxt ağacın böyük budaqları qəfil qırılıb və damı dəlib birbaşa sinifə düşüb. Şahidlərin sözlərinə görə, hadisə anidən baş verib və məktəbdə, eləcə də yaxınlıqdakı evlərdə ciddi təşviş yaradıb.
Hadisə zamanı eşidilən güclü səs məktəbin bütün koridorlarında və ətraf küçələrdə duyulub, bu səbəbdən sakinlər dəhşətlə çölə çıxıblar. Yerli hakimiyyət orqanları həmin gün ərazidə güclü külək olduğunu və bunun ağacın aşmasına səbəb ola biləcəyini bildiriblər.
Nuriyyə NATİQQIZI