Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Tramp ilə keçirilən telefon danışığını "konstruktiv" adlandırıb və bu görüş zamanı münaqişənin həlli planı çərçivəsində Ukraynanın ərazi güzəştləri ilə bağlı təklifin təqdim edildiyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Merz NATO-nun baş katibi Mark Rüttə ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz dünən prezident Tramp ilə çox ətraflı danışıq apardıq. Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer və mən bir yerdə danışıqda iştirak etdik. Gələcək günlərdə atılacaq addımları müzakirə etdik. ABŞ hökuməti ilə birgə sənədlərin hazırlanmasını tamamlayaraq həftə sonu görüşü keçirməyi təklif etdik" – deyə kansler bildirib.
O, əlavə edib ki, "Tramp danışıq zamanı hələ məlum olmayan bir təklifdən xəbərdar deyildi, çünki təklif hələ amerikalılara göndərilməyib". "Biz bunu dünən təqdim etdik. Əsas məsələ Ukraynanın hansı ərazi güzəştləri ilə razılaşmağa hazır olduğudur" – deyə Almaniya kansleri vurğulayıb, bunun cavabını isə Ukrayna tərəfinin verməli olduğunu qeyd edib. "Biz bunu prezident Trampa açıq şəkildə bildirdik" – deyə Merz əlavə edib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.