AZ

Rus arxeoloq Ukraynanın tələbi ilə Polşada saxlanıldı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşa xüsusi xidmət orqanları Krımda qazıntı işləri apardığı iddia edilən Ermitaj muzeyinin əməkdaşı, rusiyalı arxeoloq Aleksandr Butyagini Ukraynanın tələbilə saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, alim ötən həftə Niderlanddan Balkanlara gedərkən saxlanılıb.

Saxlanılan müddətdə, o, prokurorluğa ifadə verməkdən imtina edib.

Varşava məhkəməsi arxeoloq barədə 40 sutkalıq həbs-qətimkan tədbiri seçib. Hazırda Kiyev onun ekstradisiyası üçün rəsmi müraciəti gözləyir.

Qeyd edək ki, Butyagin yarımadanın ilhaqından sonra Ermitajın arxeoloji ekspedisiyasının rəhbəri kimi Ukrayna hakimiyyətinin heç bir icazəsi olmadan mədəni irs obyektində - Kerçdəki Qədim Mirmekion şəhərində qanunsuz qazıntılar aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
axar.az

1Mənbələr