AZ

İsrail və Türkiyə buna görə yaxınlaşa bilmir – ABŞ səbəbi AÇIQLADI

Mövcud siyasi gərginliyə baxmayaraq, İsrail və Türkiyə arasında əhəmiyyətli yaxınlaşma üçün imkanlar mövcuddur.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Suriyə üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak “The Jerusalem Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin tədricən yaxşılaşması strateji əhəmiyyət daşıyır. Barrak qeyd edib ki, Türkiyə və Qətər atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlarda öz kommunikasiya kanallarından istifadə edərək mühüm rol oynayıblar.

Diplomat vurğulayıb ki, Türkiyənin güclü və təcrübəli quru qoşunları, eləcə də müxtəlif tərəflərlə dialoq qurmaq bacarığı regionda gərginliyin azalmasına kömək edə bilər. Bununla belə, Barrak bildirib ki, İsrail Ərdoğana qarşı dərin inamsızlıq hiss edir. Lakin Ankara İsrailə qarşı aqressiv niyyət nümayiş etdirmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
0
1
konkret.az

2Mənbələr