AZ

"Nobel" alan xanım yoxa çıxdı: Mükafat qızına təqdim edildi

Nobel Sülh Mükafatına layiq görülən Venesuela müxalifətinin lideri Maria Korina Maçadonun yoxa çıxması ilə bağlı məlumat yayılıb.

Publika.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, iddialara görə, Maçado Nobel Sülh Mükafatının təqdim olunacağı mərasimdən öncə gizlicə ölkəsini tərk edib.

Adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər ki, müxalifət lideri dünən ölkəni qayıqla tərk edərək Kürasao adasına çatıb və oradan mükafatını almaq üçün Norveçə getməyi planlaşdırır.

İddiaya görə, Maçadonun müttəfiqləri onun təhlükəsizliyini qorumaq üçün bu səfərin ictimaiyyətə açıqlanmasının qarşısını almağa çalışıblar.

Beləliklə, Maçado dünən Osloda keçirilən Nobel Sülh Mükafatı mərasimində iştirak edə bilməyib. Mükafat onun qızı Ana Korina Sosa Maçadoya təqdim edilib.

Seçilən
58
publika.az

1Mənbələr