AZ

Növbəti köç karvanları Şuşakənd, Ballıca və Badara kəndlərinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-2 - VİDEO

Dekabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb. Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb.Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüblər.

***

13.45

Növbəti köç karvanları Xocalının Ballıca və Badara kəndlərinə çatıb, sakinlərə evlərinin açarları təqdim edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib. O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir. Xanyurdu kəndində elektrik, qaz, su, rabitə və digər mühüm infrastruktur tam şəkildə bərpa edilib, əhalinin rahat yaşayışı üçün bütün şərait yaradılıb.

***

13.28

Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 14 ailə - 51 nəfər köçürülüb.

***

13.12

Növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 9 ailə - 38 nəfər, Badara kəndinə isə 6 ailə - 18 nəfər köçürülüb.

***

12:07

Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürüləcək.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
19
25
apa.az

10Mənbələr