AZ

Macarıstana tədarük ediləcək Azərbaycan qazının həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycan buyaxınlarda imzalanmış müqavilə çərçivəsindəMacarıstana 800 milyon kubmetr qaz tədarük edəcək.

Trend xəbər verirki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri PiterSiyyarto "Facebook" səhifəsində qeyd edib.

“Təbii qaz alışı üzrə daha bir saziş: bu dəfə Azərbaycanla, ikiil müddətinə, 800 milyon kubmetr!” – deyə nazir yazıb.

Xatırladaq ki, SOCAR ilə Macarıstanın “MVM ONEnergy” şirkətiarasında təbii qaz tədarükünə dair sazişin imzalanması 10 dekabrtarixində SOCAR prezidenti Rövşən Nəcəf ilə MVM Group-un başdirektoru Karoli Matray arasında keçirilən görüş zamanı baştutub.

2026-cı il yanvarın 1-də qüvvəyə minəcək saziş AzərbaycanlaMacarıstan arasında strateji enerji tərəfdaşlığının daha damöhkəmlənməsinə xidmət edəcək.

Yeni təbii qaz tədarükü sazişi şirkətlər arasında olan əvvəlkirazılaşma əsasında hazırlanıb.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr