AZ

Azərbaycanda apteklərin dərman satışından gəliri 24% artıb

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Seçilən
14
banker.az

1Mənbələr