"Arsenal"ın futbolçusu Qabriel Martinelli Çempionlar Liqasında klub rekordunu yeniləyib.
Publika.az xəbər verir ki, braziliyalı hücumçu "Brügge" ilə oyunda (3:0) komandasının üçüncü qolunun müəllifi olub.
24 yaşlı oyunçu ardıcıl beş Çempionlar Liqası matçında qol vurub və bu göstərici klub tarixində yeni rekord sayılır. Əgər bütün avrokubok oyunları nəzərə alınsa, bu, 2000-ci ildə UEFA Kubokunda ardıcıl altı oyunda fərqlənən Tyerri Anridən sonra klub tarixində ən yaxşı seriyadır.
Qabriel Martinelli hazırkı Çempionlar Liqasının bombardirlər yarışında 5 qolla dördüncü pillədə qərarlaşıb. Onun önündə Kilian Mbappe (9 qol), Viktor Osimhen və Erlinq Haaland (hərəyə 6 qol) yer alır.