AZ

Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı azalıb

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Son illər Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayında azalma qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, 2016–2024-cü illər ərzində rəhbər vəzifələrdə çalışan qadınların sayı 11 nəfər azalıb.

Belə ki, 2016-cı ildə ölkədə rəhbər vəzifələrdə ümumilikdə 90 qadın çalışdığı halda, 2024-cü ildə bu göstərici 79 nəfər olub.

Ötən il ölkədə 1 qadın vitse-prezident, 2 qadın dövlət komitəsinin sədri, 6 qadın isə nazir müavini kimi fəaliyyət göstərib.

Komitə sədrinin müavini vəzifəsini isə 3 qadın icra edib. Yerli icra hakimiyyəti başçıları arasında qadın olmayıb, lakin 65 qadın icra başçının müavini vəzifəsini icra edib.

Bundan başqa, ölkədə hazırda 2 qadın ombudsman (Azərbaycan Respublikası və Naxçıvan MR üzrə) fəaliyyət göstərir.Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
yeniavaz.com

3Mənbələr