AZ

Rəşad Sadıqov "Şamaxı" ilə səfər matçında 4 legionerin xidmətindən məhrumdur

Misli Premyer Liqasının (MPL) 15-ci turunda "Şamaxı"nın qonağı olacaq "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Cəzalı futbolçu yoxdur. İssa Cibrila, Davit Volkov, Stefan Aka və Brahim Konate zədə səbəbindən "Şamaxı" ilə səfər matçını kənardan izləyəcəklər".

Qeyd edək ki, "Şamaxı" - "Zirə" qarşılaşması dekabrın 13-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Hazırda 27 xalı olan qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 3-cü pillədə mövqe tutubsa, Ayxan Abbasovun çalışdırdığı kollektiv 17 xalla 7-ci sıradadır.

Nihat

Seçilən
4
1
fanat.az

2Mənbələr