AZ

Bakıda valideynlərin etiraza qalxdığı Gimnaziya ilə bağlı RƏSMİ AÇIQLAMA

"Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir".

Bu barədə Far.Az-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.

***12:09

Bakıda övladları Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan bir qrup valideyn etiraza qalxıb.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, onlar təhsil ocağında aparılan tikinti işlərinin ləng aparılmasına etiraz ediblər.

Valideynlər bildiriblər ki, övladları təmir işləri ilə əlaqədar ötən ildən etibarən 189 və 190 nömrəli orta məktəblərdə təhsillərini davam etdirirlər. Ancaq bu məktəblərin şagird tutumu məhdud olduğu üçün Gimnaziyadan gələn məktəblilər orada əziyyət çəkərək normal, keyfiyyətli təhsil almaq hüququndan məhrum olublar. Bir il yarımdır ki Gimnaziya şagirdləri təhsil almaq hüququndan məhrum olublar.

Gimnaziyanın şagirdləri köçürüldükləri təhsil ocağında yer yoxdur deyə rəsm dərslərini onlayn keçirlər. Valideynlər rəsm dərsinin onlayn keçirilməsinin absurd olduğunu və bu cəhətdən məktəblilərin ixtisas dərslərindən çox geri qaldıqlarını deyirlər.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası 2024-cü ilin iyun ayından təmirə bağlanıb. Təmirə bağlandıqdan sonra 1 il yarım keçməsinə baxmayaraq təhsil ocağı hələ də istifadəyə verilməyib. Təmir işləri ləng aparılır.

Orxan Hüseyn

Seçilən
31
1
far.az

3Mənbələr