Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Aparıcı Aytən Səfərova Binəqədi rayonunda yerləşən 115 saylı orta məktəbdən şikayət edib.
Axşam.az xəbər verir ki, aparıcı "Xəbər ertəsi" proqramına gələn şikayəti efirdə səsləndirib. O bildirib ki, məktəb direktoru dərsə tez gələn uşaqları sinfə buraxmır, yağış altında gözlətdirir:
"Valideyn yazır ki, "Övladımın təhsil aldığı məktəbdə 7:45-dən tez içəri buraxmırlar, yağışda küçədə gözlədirlər. 8-dən gec gələni isə dərsə qoymurlar. Uşaq dərsdən məhrum qalır. Binəqədi rayonu 115 nömrəli məkdəbdən bezmişik. Valideynlər var ki, 9-da işdə olmalıdır. Uşağını 10 dəqiqə tez gətirənlər olur, uşaqlar palçıqda, yağış altında qalır. Şikayət edə bilmirik ki, sinif rəhbərinə söz gələcək". Valideyn düz deyir, direktor sinif rəhbərini danlayır ki, sinfinin valideyni şikayət edib, niyə qarşısını almırsan? Bəzi məktəb direktorları baronlar kimi oturur, hegemonluq edir. Elə bil kral taxtında oturublar. Bu məktəbi dövlət tikib və dövlət qurumu səni ora təyin edib.
Həyat yoldaşım uşaqlarımızı oxuduqları məktəbə tez aparır, 8-in yarısı gedirlər. Direktor anlayır, onları içəri buraxır. Orada belə hal yoxdur. Amma bu məktəbdə soyuq havada körpəni məktəb həyətində gözlətmək ki, krallığın qapısını açacağıq və siz saraya daxil olacaqsınız? Bu direktorlar nə edir? Biri deyir, xadimə maşınımı yusun, digəri deyir bayram gəlir, görün nə edirik. Çəkilib sosial şəbəkəyə qoyulub, yayılandan sonra həll tapır? Elə açıqlama verilir ki, gülməli olur. Baş verənləri direktor müavininin üstünə atmaq lazım deyir. Çünki hamı direktor əmrini yerinə yetirir.
Sibirdə böyümüşəm, mənfi 40 dərəcədə məktəbə getmişəm. Amma 10 dəqiqə Bakının soyuğunda dayana bilmirəm, dişlərim bir-birinə vurur. Uşaq dayanıb çöldə, valideyn işə qaçmalıdır. Valideyn çalışmalıdır ki, uşağın geyimini təmin etsin, müəllimi görsün...".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.