Bakı. Trend:
Məhkəmə ekspertizası sahəsində vahid informasiya sistemininfəaliyyətinin təşkili, dövlət orqanlarının (qurumlarının) aidiyyətidövlət informasiya sistemlərinin və ehtiyatlarının həmin sisteməinteqrasiyasının təmin ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilətəsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizasısahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ındaöz əksini tapıb.
Məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsallaşdırılması üçünmütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, normativ hüquqibazanın formalaşdırılması, məhkəmə ekspertizası idarələrininmüvafiq məlumat resurslarına tələbatının öyrənilməsi və buistiqamətdə aidiyyəti qurumların elektron resurslarınınimkanlarının təhlil edilməsi, məhkəmə ekspertizası fəaliyyətisubyektlərinin tələbatı və mövcud infrastrukturu nəzərə alınmaqla,müvafiq informasiya sisteminin formalaşdırılması, mərhələliistifadəyə verilməsi, məlumatların səmərəli inteqrasiyası, məhkəməekspertizası fəaliyyətinin informasiya sistemi üzərindən də həyatakeçirilməsi, bununla da məlumatların toplanılmasının,saxlanılmasının və təhlilinin asanlaşdırılması, ekspertizaxidmətinin daha sürətli və səmərəli təşkil edilməsi, dövlətorqanlarının (qurumlarının) məhkəmə ekspertizası idarələri arasındaməlumat mübadiləsinin aidiyyəti dövlət informasiya sistemləri vəehtiyatları vasitəsilə aparılması planlaşdırılır.