Bakı. Trend:
Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmizenerji"yə regional keçiddə lider olmağa davam edəcəklər.
Trend bu barədə“Moody’s” reytinq agentliyinə istinadən xəbər verir.
“Dövlət daxilində ticarətin artımı və yüksək iqtisadigöstəricilər enerji tələbatının artımını stimullaşdırır. Bu,iqtisadiyyatın daha da şaxələnməsinə və inteqrasiyasına töhfəverərək regionun bərpa olunan enerji mənbələri sahəsində böyükpotensialını üzə çıxarır, həmçinin regional enerji əlaqəliliyinigücləndirir. Biz Azərbaycan, Özbəkistan və Qazaxıstanın bu keçidi2026-cı ildə də davam etdirəcəyini, rəqabətədavamlı elektrikenerjisi bazarlarını inkişaf etdirəcəyini, eləcə də bərpa olunanenerji sahəsinə özəl investisiyaları cəlb edəcəyini gözləyirik.Eyni zamanda, Tacikistan və Qırğızıstan kimi hidroenerji resurslarızəngin olan ölkələrin beynəlxalq maliyyə institutlarının dəstəyiilə su elektrik stansiyaları layihələrinə investisiyaları artıraraqregional elektrik enerjisi ixracını genişləndirəcəyini gözləyirik”,– deyə "Moody’s"in hesabatında bildirilir.
Eyni zamanda, reytinq agentliyi qeyd edir ki, karbohidrogenresursları Qazaxıstan və Azərbaycanda iqtisadi fəallığa dəstəkolmağa davam edəcək.
Bundan əlavə, “Moody’s”in analitikləri vurğulayırlar ki, MərkəziAsiya və Qafqaz dövlətlərinin nəqliyyat, logistika və tikintisektoru Orta Dəhliz – Çinlə Avropanı birləşdirən stratejiticarət-tranzit şəbəkə – boyunca fəallığın artımından faydalanmağadavam edəcək.
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrəyüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizinyaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt,dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, küləkenerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerjipotensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmindəqiymətləndirilir.
Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 küləkelektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,37 MVt gücündə bio-elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibridelektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumienerji gücünün təxminən 18,8%-ni təşkil edir.