Bakı. Trend:
Yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübənəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqibazanın təkmilləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilətəsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizasısahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ındaöz əksini tapıb.
Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanıntəkmilləşdirilməsi üçün mütərəqqi təcrübələrin öyrənilməsi,qabaqcıl təcrübələr, habelə yerli xüsusiyyətlər və mövcudehtiyaclar nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsindənormativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrinhazırlanması, razılaşdırılması və aidiyyəti üzrə təqdim olunması,məhkəmə ekspertizası sahəsində yeni normativ hüquqi aktların qəbuluilə məhkəmə ekspertizası fəaliyyətinin hüquqi əsaslarınıntəkmilləşdirilməsi planlaşdırılır.