AZ

Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını öldürməsinin detalları bəlli oldu

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Sənan qısqanclıq zəminində həyat yoldaşı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, 2025-ci il yanvarın 22-də 1993-cü il təvəllüdlü arvadı Günelin votsapda SMS-ləri silindiyindən başqa kişi ilə ona xəyanət etməsindən şübhələnib.

İki gün sonra öz mobil telefonunda səsyazma tətbiqini aktivləşdirib və yaşadıqları evə qoyub. Bir neçə gün ərzində səs yazılarına təkrar-təkrar qulaq asıb, oradakı səslərdən evə tanımadığı bir kişinin gəldiyinə və Günelin xəyanət etdiyinə özünü inandırıb.

Yanvarın 29-da gecə saat 4 radələrində yataq otağında arvadı ilə bu mövzuda söhbət edib, səs yazısını ona təqdim edib, nə üçün xəyanət etdiyini soruşub. Günel isə səs yazılarından heç nə anlaşılmadığını bildirib və xəyanət etmədiyini söyləyib.

Sənan mətbəxdən bıçaq götürüb, geri qayıdıb. Arvadına xəyanət etdiyini söyləyib, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Ümumilikdə 24 bıçaq zərbəsi alan qadın vəfat edib.

Seçilən
30
publika.az

1Mənbələr