Bakı. Trend:
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinininkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya” təsdiq edilib.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb.
Sərəncam əsasən, Azərbaycan Respublikasının Nazirlər KabinetiKonsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini vəicrasına nəzarəti həyata keçirməlidir.
Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulan tədbirlərin icravəziyyəti barədə ildə bir dəfə Azərbaycan RespublikasınınPrezidentinə məlumat verməlidir.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqinivə qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasındaİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyatakeçirəcək.