ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, 77-FR-063 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini ikinci cərgədə saxlayaraq həm hərəkətdə olan sürücülər təhlükə yaradıb. Bu hal nəticəsində yolda süni sıxlıq yaranıb və digər nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə ciddi problemə çevrilib.
Qayda pozuntusu təlimçisi Arzu Babazadə tərəfindən qeydə alınıb. Görüntülərdən də açıq şəkildə görünür ki, sürücü dayanma və durma qaydalarını nəzərə almadan avtomobili yolun ortasında saxlayaraq inzibati xəta törədib. Sürücü irəlidə parkinq ərazisində boş yer olmasına baxmayaraq, avtomobili ikinci zolaqda saxlayıb.
Eltac
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.