Yeni ildə manatın dollar qarşısında necə davranacağı ilə bağlı suallar aktuallığını qoruyur. Maraqlıdır, yeni ildə manatın məzənnəsi necə olacaq?
Mövzuya münasibət bildirən iqtisadçı professor Elşad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan manatının sabitliyi ilə bağlı hər hansı risk görünmür.
Professorun sözlərinə görə, milli valyutanın möhkəmliyi əsasən iki amillə müəyyən olunur. Birincisi, xarici ticarət balansı və ölkənin qızıl-valyuta ehtiyatlarıdır. Hazırda Azərbaycanın hər iki istiqamətdə mövqeləri stabil olduğundan manatın kursu üçün təhdidlərin olmadığı qeyd edilir.
“Yerli istehsalın stimullaşdırılması və bu sahəyə investisiyaların artırılması idxaldan asılılığın azalmasına, nəticədə manatın möhkəmlənməsinə töhfə verə bilər. Bu addımlar təkcə daxili bazarı gücləndirmir, həm də ölkənin ixrac potensialına müsbət təsir göstərərək xarici ticarət balansını daha da yaxşılaşdırır”.
İqtisadçı hesab edir ki, göstərilən istiqamətlərdə işlərin davam etdirilməsi manatın sabitliyinin uzunmüddətli qorunmasına şərait yaradacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az