AZ

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri saxlanıldı

BAKI, 11 dekabr. TELEQRAF

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib. Onlar barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də saxlanılıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr