ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Sosial şəbəkələrdə azyaşlıların istifadəsinə qadağalar tətbiq olunsa da, tam nəzarət mexanizmi yaratmaq praktik olaraq mümkün deyil. Yeniyetmələr müxtəlif proqramlar və mobil cihazlar vasitəsilə internetə daxil ola bilir, hətta ictimai yerlərdəki internet provayderlərindən istifadə edərək qadağaları aşmaq imkanı əldə edirlər. Bu səbəbdən, ailə institutu və təhsil sistemi daxilində bu qadağaların tam təmin olunması çox mürəkkəb və kompleks təşkilati iş tələb edir".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.O, bildirib ki, azyaşlılar üçün qadağalardan daha effektiv yanaşma maarifləndirmə və təhsildir:"Yeniyetmələrin sosial şəbəkələrdən düzgün istifadə etməsi üçün institusional tədbirlər görülməli, onların texnoloji imkanlardan təhlükəsiz şəkildə yararlanmaları təmin olunmalıdır. ABŞ və bəzi Avropa ölkələrində bu sahədə belə metodlar tətbiq olunur".Ekspert bildirib ki, eyni zamanda, mobil cihazların azyaşlılara verilməsi məsələsində də məhdudiyyətlər tövsiyə olunur:"Məsələn, 16 yaşına qədər olan şəxslərə müasir telefonların yalnız zəruri hallarda istifadəsi üçün verilməsi və məktəblərə getdikdə onların sadə cihazlardan istifadə etməsi daha effektiv olur. Belə yanaşma qadağalardan daha çox, təhlükəsiz və maarifləndirici bir mühitin yaradılmasına xidmət edir".Onun sözlərinə görə, sosial şəbəkələrdə azyaşlıların qorunması istiqamətində əsas məsələ texnoloji qadağalardan çox, marifləndirmə və institusional nəzarətin gücləndirilməsidir:"Bu yanaşma uzun müddətdə onların sosiallaşma və təhsil prosesinə mənfi təsirin qarşısını almağa imkan verir".Qeyd edək ki, Avstraliya 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadə etməsini qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə olub.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.