AZ

"Real"ın Alonso ilə bağlı planı bəlli oldu

"Real"ın baş məşqçisi Xabi Alonso ən azı 2025-ci ilin yanvarına qədər postunda qalacaq.

Publika.az xəbər verir ki, klub rəhbərliyi mövsümün ilk hissəsində komandanın qeyri-stabil nəticələrinə baxmayaraq, belə qərar verib.

"Diario AS"-ın məlumatına görə, Alonsonun vaxtından əvvəl göndərilməsi yalnız komandada çox zəif nəticələr seriyası olacağı halda mümkündür. Əks halda, ispaniyalı mütəxəssis öz ideyalarını həyata keçirmək üçün vaxt alacaq.

Yanvarda keçiriləcək İspaniya Superkuboku həlledici məqam sayılacaq. "Real"ın bu turnirdə göstərəcəyi nəticə Alonsonun rəhbərliyi altında komandanın inkişafının əsas göstəricisi kimi qiymətləndiriləcək. Bütün titullar uğrunda mübarizəyə alışmış klub üçün bu yarışda uğur prinsipial əhəmiyyət daşıyır.

Seçilən
28
publika.az

1Mənbələr