"İranda hər il hava çirkliliyi səbəbindən təxminən 50 min insan həyatını itirir".
Missiya.Az xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi bildirib.
Zəfərkəndi universitet rektorları ilə görüşdə qeyd edib ki, səhiyyə sektorundakı problemlərin böyük hissəsi iqtisadi və sosial amillərlə bağlıdır.
O, həmçinin bildirib ki, keyfiyyətsiz benzin və köhnə avtomobillər havanın çirklənməsinə səbəb olur və bu, insan sağlamlığına mənfi təsir göstərir.
İran hibrid mühərriklərin istehsalı, elektrik motosikllərin yayılması və Avro 5 benzinin istehsalı kimi tədbirlər görsə də, hava çirkliliyi problemi hələ də davam edir.
Seyranə QuliyevaMissiya.Az