“Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərini ələ keçirmək planlarına görə ciddi nəticələrlə üzləşəcək”.
Qaziler.az xəbər verir ki, bu xəbərdarlığı Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masa müzakirəsində edib. O, Aİ-nin hərəkətlərini ölkənin suveren resurslarının "qəsdən talan edilməsi" kimi xarakterizə edib.
O, həmçinin qeyd edib ki, bir sıra nüfuzlu Qərb rəsmiləri artıq Brüssel hakimiyyətinin bu cür niyyətlərini tənqid edirlər. Lavrov Belçika Baş naziri Bart de Veverin, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbərliyinin açıqlamalarını nümunə kimi göstərib. O, bu xəbərdarlıqların düşünülməmiş və təhlükəli addımlar planlaşdıranlara ünvanlandığını vurğulayıb.
“Bunun incə diplomatiyadan uzaq olan Ursula və Kaya Kallas kimi müvafiq şəxslərə nə qədər təsir edəcəyini bilmirəm. Lakin onlar başa düşməlidirlər ki, bunun çox ciddi nəticələri olacaq", - deyə Lavrov bildirib.
QAZİLER.AZ