“Külək qayıqları qonşu ölkənin sularına aparmış ola bilər”
NOCOMMENT.az-ın Cənub bürosunun məlumatına görə, itkin düşmüş balıqçıların axtarışına qoşulan yerli balıqçılar az öncə dənizdən qayıdıblar.
Balıqçılar ərazini yoxladıqda itkin düşən dostlarının qayıqlarına və üzərindəki əşyalara rast gəlməyiblər. Onların fikrincə, küləkli hava şəraiti qayıqları qonşu dövlətin sularına aparmış ola bilər və axtarışların həmin istiqamətdə davam etdirilməsi zəruridir.
Qeyd edək ki, Turan və Ağadədə Həsənovların axtarışına bu gün helikopter də cəlb olunub.