Ukrayna Silahlı Qüvvələri dünyada tam robotlaşdırılmış hücum həyata keçirən ilk silahlı qüvvələrdir.
Herbiand.az bildirir ki, bu barədə Aspen Təhlükəsizlik Forumunda Ukrayna müdafiə naziri Denis Şmıqal bəyan edib.
Onun sözlərinə görə, əməliyyatda yalnız dronlar və yerüstü robot sistemləri iştirak edib: “Bu il Ukrayna silahlı qüvvələri hərb tarixində ilk tam robot hücumunu həyata keçirdi. Heç bir piyada yox, yalnız pilotsuz uçuş aparatları və yer robotları olub. Rus əsgərləri artıq Ukrayna robotlarına təslim olurlar. Belə texnologiyalar geniş miqyasda tətbiq edildikdə bu, XXI əsr müharibəsində daha bir dönüş nöqtəsi olacaq”.
Bununla belə, ukraynalı nazir robot hücumunun yeri və nəticələri barədə açıqlama verməyib.
Bəxtiyar CƏFƏRLİ