Ermənistanın İstintaq Komitəsi Qarabağ separatçılarının İrəvanda yerləşən ofisində axtarışlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri parlamentdə “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyanın açıqlamasına istinadən yayıb.
Separatçılardan Njde İskandaryanın sözlərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı müəyyən sənədləri axtarır.
Onlar məhkəmənin axtarışla bağlı qərarını təqdim edib və hazırda kompüterləri yoxlayırlar.
Ermənistan İstintaq Komitəsi isə bildirib ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta