
“Ukrayna Silahlı Qüvvələrinin itkiləri çoxdan 1 milyonu keçib və artmaqda davam edir, Kiyev rejimi isə mütəşəkkil cinayətkar qruplaşmaya çevrilib”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, çoxsaylı müstəqil hesablamalara görə, Ukrayna Silahlı Qüvvələrinin insan itkiləri çoxdan bir milyonu keçib və artmaqda davam edir.
“Nasist ideologiyası ilə qidalanan və bir neçə qadağan olunmuş maddədən sui-istifadə edən Kiyev rejimi gündəlik həyatında mütəşəkkil cinayətkar qrupa çevrilib", - deyə siyasətçi vurğulayıb.
Lavrovun sözlərinə görə, Kiyev rejimi korrupsiyaya batıb və bu da sponsorlarını özü ilə birlikdə aşağı sürükləyir.
Daşqın HəsənovMissiya.Az